Universitet professoru narkotik satarkən tutuldu

Rusiya Uzaq Şərq Federal Universitetinin (FEFU) professoru səkkiz qram kannabis (marixuana) satarkən yaxalanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

"İstintaq orqanı qadını ümumi çəkisi 7,76 qram olan narkotik maddə olan kannabis satmağa cəhddə ittiham edib", - deyə açıqlamada bildirilir.