Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, müşavirədə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk və Belqorod vilayətlərinə intensiv hücumları müzakirə olunub.
Putin bildirib ki, Kiyev rejimi seçkiləri pozmaq üçün Rusiya Federasiyasında dinc yaşayış məntəqələrinə zərbələr endirir.
Onun sözlərinə görə, Ukraynanın zərbələri cəzasız qalmayacaq.
Putin qeyd edib ki, Ukrayna tərəfindən bir sıra terror aktları Rusiya ərazisinə daxil olmaq və möhkəmlənmək məqsədilə həyata keçirilib.
"Onlar kimi qorxutmaq istəyirdilər, rus xalqını?" deyə - Putin ritorik suallarla müşavirə iştirakçılarına müraciət edib.