Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirib.
CNN Türk-ün suallarını cavablandıran Zelenski danışıqların vaxtının onun Səudiyyə Ərəbistanına səfərinə təsadüf etdiyini vurğulayıb.
“Mən istəmirəm ki, bu bir oyun təsiri bağışlasın. Bu, oyun deyil. Ukrayna üçün etimadın itirilməsini istəmirik. Çünki çox sayda təsadüf var. Bizi çağırmayıblar”, - Ukrayna Prezidenti qeyd edib.
Zelenski şəffaf və ədalətli bir görüş istədiyini qeyd edib: “Bu mənim istədiyim tək şeydir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm”.