İran pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən istifadə edir.
Bu barədə “The Wall Street Journal” qərb tədqiqatçılarına istinadən məlumat yayıb.
Qərb tədqiqatçılarının fikrincə, Çin İrana üç ay ərzində Rusiyaya pilotsuz təyyarələr istehsal etməyə və göndərməyə kömək edib. Bildirilib ki, Ukrayna İrana məxsus pilotsuz təyyarəni vurduqdan sonra onda aşkarlanan Çin hissəsi üç ay ərzində hazırlanaraq Rusiyaya göndərilib.
Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. Aparatın Çin hissəsinin üç ay ərzində istehsal olunaraq Rusiyaya göndərildiyi aşkar edilib.
“Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub.