Ukrayna hərbi sənayesində sıçrayiş - İlin sonuna qədər 1,5 milyon PUA istehsal ediləcək

İlin sonuna qədər Ukrayna 1,5 milyon pilotsuz uçan aparat istehsal edəcək.

Ukrayna mediası xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

Hökumət başçısının sözlərinə görə, Ukrayna silah tədarükünü artırmaq və özünün müdafiə sənayesinin inkişafını gücləndirmək üçün hər gün tərəfdaşları ilə işləyir.

O əlavə edib ki, 2023-cü ildə Ukraynada silah istehsalı üç dəfə artıb. Həmçinin, Şmıqalın dediyinə görə, hazırda Ukraynanın cəbhədə istifadə etdiyi silahların yarısdı öz istehsalıdır.