Ukrayna Ali Radasının deputatı qətlə yetirildi

Ukrayna Ali Radasının deputatı, parlamentin keçmiş spikeri olan Andrey Parubiy sui-qəsd nəticəsində qətlə yetirilib.

Stopnarkotik.az xəbər verir ki, o, avqustun 30-da Lvov şəhərində naməlum killer tərəfindən 8 dəfə atəş açılaraq öldürülüb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə əməliyyat qrupu yaradılıb.

Ukrayna Ali Radasının sabiq spikeri, Avromaydanın liderlərindən biri Andrey Parubiyin Lvovda qətlinin bəzi təfərrüatları məlum olub.

Hadisəni törədən şəxs silahı çantasına qoyaraq elektrikli velosipedlə ərazidən uzaqlaşıb.

Məlumata əsasən, atəş açan şəxs “Glovo” kuryeri olub. Onun qara-sarı dəbilqə geyindiyi, üzərində sarı rəngli qutu olduğu və elektrik velosipedində hərəkət etdiyi bildirilir.