Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Hindistanda keçirlmiş zirvə görüşündən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğanın açıqlamalarında bir sıra diqqət çəkən məqamlar önə çıxıb.
O bildirib ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi Türkiyəsiz həyata keçirilə bilməz.
Ərdoğanın sözlərinə görə, önümüzdəki illərdə Türkiyədə təbii qaz bazası qurulandan sonra mavi yanacağın dünya miqyasındakı qiyməti Ankarada müəyyən olunacaq.
"Amerikaya səfərimiz zamanı ölkəmizdə sərmayələri olan bir çox brendlərlə görüşəcəyik. Onlarla birbaşa görüşlərimiz olacaq".
"Vaşinqtonda yerləşən maliyyə qurumu Ceyhandakı neft-kimya obyektinə 550 milyon dollar maliyyə ayırıb. Bu maliyyənin yatırılması çox vacibdir".
“OVP-nin təsiri ilə bazarlara fərqli bir canlılıq gəldi və inşallah xaricdən Türkiyəyə kredit axını başlayacaq”.
"Qərb ölkələrinin xalqı bilməlidir ki, Türkiyə ərzaq böhranının qarşısını almağa çalışan yeganə ölkədir. Biz dəhlizin yenidən açılması üçün səy göstərəcəyik".
"Biz Putinin 1 milyon ton taxıl təklifini gündəmə gətirdik və ondan bu miqdarı artırmağı xahiş edəcəyik. Qərb də üzərinə düşən vəzifələri yerinə yetirməlidir".
“Dünyanın yeni qida, enerji və ya digər böhranlara sürüklənməsinin və daha çox insan qanının tökülməsinin qarşısını almaq üçün sabitləşdirici qüvvə kimi hər masada olacağıq”.
“Gələn ilin bu vaxtı inflyasiyanın daimi olaraq aşağı düşdüyünü aydın şəkildə görəcəyik”.
"Struktur islahatları fiskal və pul siyasətini güclü şəkildə dəstəkləyəcək. İnanıram ki, Türkiyənin kredit reytinqi yüksəldilməli olacaq".
“İndi hər şey nəzarət altındadır, balanslaşdırılmış siyasət və struktur islahatları ilə Türkiyəni təkrəqəmli inflyasiyaya qaytaracağıq”./modern.az