Türkiyənin səsdən sürətli raketinin sınağı keçirildi / VİDEO

Türkiyənin “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı “Roketsan” şirkəti tərəfindən istehsal olunan səsdən sürətli “İHA-122” raketi ilə ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “X” hesabından “Türk aviasiyasının qızıl çağı” başlığı ilə sınaqların görüntülərini paylaşıb.

Qeyd edək ki, “İHA-122” raketi yüksək dəqiqliyə, sürətli atəş dəstəyinə, aşağı/yüksək trayektoriya və yüksək manevr qabiliyyətinə malikdir.