Türkiyədə torpaq üstündə dava: 8 nəfər öldü

Türkiyədə torpaq üstündə dava zamanı 8 nəfər öldürülüb.

Stopnarkotik.az haberler.com-a istinadən xəbər verir ki, Diyarbəkirin Bismil rayonunda torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən davada 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Kənddə jandarma tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.

Diyarbakır valisi Əli İhsan Su hadisə zamanı 7 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada öldüyünü açıqlayıb. Vali qeyd edib ki, xəstəxanada olan 3 nəfərin vəziyyətləri normaldır.