Türkiyədə sərnişin avtobusu aşdı: ölənlər və yaralananlar var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Stopnarkotik.az yerli mətbuata istinadən xəbərinə görə, hadisə Balıkəsirdə qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza nəticədə 3 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilsaedicilər və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırma aparır.