Türkiyədə genişmiqyaslı əməliyyat: yüzlərlə şəxs saxlanıldı

Türkiyənin 31 əyalətində cinayətkar qrupa üzv olmaqda şübhəli bilinən 353 şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Qeyd olunub ki, xüsusi əməliyyat 15 mafiya tipli mütəşəkkil cinayətkar qrupa və onları silahla təmin edən 31 cinayət qrupuna qarşı keçirilib.

Daha 52 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, əməliyyat zamanı 354 tapança, 7 uzunlüləli tapança, 93 tüfəng, 10 mindən çox patron və müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb.