Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır - ƏRDOĞAN AÇIQLADI

"Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmağa hazırlaşır".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bəyan edib.

"Türkiyə "Şanxay beşliyi"nə qoşulmalıdır", - Türkiyə lideri əlavə edib.

R.T.Ərdoğan həmçinin vurğulayıb ki, o, artıq Rusiya və Çin liderləri ilə bu məsələni müzakirə də edib.