Türkiyə seçkilərinə dörd gün qalmış kritik gəlişmə - Qırıcılar bölgəyə göndərildi

İki ölkədə keçiriləcək seçkilərə görə Yunanıstan və Türkiyə arasında gərginlik bir az azalsa da, başqa bir ölkənin araya girməsi ilə bölgədə fəallıq yenidən artmağa başlayıb.

Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb.

Yunanıstanın “zəlzələ diplomatiyası”ndan sonra iki ölkə arasındakı buzlar tam əriməsə də, Afinanın yaratdığı müharibə gərginliyi bir az səngimişdi. Afinanın sərt ritorikasının yumşalmasını ABŞ-la əlaqələndirənlər də var. İddiaya görə, ABŞ Yunanıstana gərginliyi azaltmağı, ən azı mayın 14-dək – Türkiyədəki seçkilərədək bunu etməyi tapşırıb. Amma iki ölkə arasında yenidən qaynar gəlişmələr yaşanır.

ABŞ Yunanıstana ilk dəfə 5 ədəd “A-10 Thunderbolt II” döyüş təyyarəsi yerləşdirib.

ABŞ-ın Missuri ştatındakı aviabazadan Salonikiyə gələn “A-10 Thunderbolt II” hücum təyyarələri “Defender Europe 23” təlimində iştirak edəcək. Bundan başqa, hücum təyyarələrinin təlimlərə cəlb edilməsi üçün Salonikidəki hava bazasında hazır vəziyyətə gətirildiyi deyilir.

Təyyarələr bu günlərdə Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16-larla təlim və kəşfiyyat uçuşları həyata keçirir./teleqraf.com