Türkiyə HƏMAS liderlərini ölkədən qovub? – İSMAYIL HANİYƏNİN ANKARANI TƏRK ETDİYİ TƏSDİQLƏNDİ, AMMA…

HƏMAS hərəkatının siyasi qanadının rəhbərliyi Türkiyəni müstəqil şəkildə tərk etmək qərarına gəlib.

Bu barədə bir gün əvvəl “RİA Novosti”-yə hərəkatdakı mənbə məlumat verib.

“Türkiyə kəşfiyyatı oktyabrın 7-də İsmayıl Haniyə və onun rəhbərlik etdiyi HƏMAS nümayəndələri ilə görüşüb. Bu zaman ona məlumat verilib ki, Türkiyə hakimiyyəti onların ölkədəki təhlükəsizliyini İsraildən gələn təhdidlər səbəbindən təmin edə bilməyəcək. Bundan sonra HƏMAS liderləri Türkiyə ərazisini tərk etmək qərarına gəliblər”, - mənbə iddia edir.

Agentliyin həmsöhbəti Türkiyə tərəfinin hərəkat rəhbərliyinə heç bir təzyiqi olmadan ölkəni özbaşına tərk etmələri barədə bəyanatını təsdiqləyib.

Oktyabrın 23-də “əl-Monitor” informasiya portalı xəbər verib ki, Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsinin qızışdığı gün İstanbulda olan Haniyəni ölkədən qovub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bundan əvvəl bu mesajları yalan adlandırmışdı.