TRT kanalının baş katibinin maşınında 7,5 kiloqram narkotik tapıldı

Türkiyənin TRT televiziya kanalının baş katibi Mesut Ekerin rəsmi vəzifə avtomobili 7 may tarixində Ankaradakı Kazan ödəniş məntəqələrində saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı 7,5 kiloqram narkotik maddə aşkar edilib. İki sürücü saxlanılıb, TRT Baş katibi Mesut Eker isə "hadisə ilə heç bir əlaqəsi olmadığı" bildirilib.

Özgür Cebenin Nefesdən verdiyi məlumata görə, TRT Baş katibi Ekerin rəsmi avtomobili 7 may tarixində səhər saat 7:00-da Kahramankazan ödəniş məntəqələrində polis tərəfindən saxlanılıb. Nəzarət altında olan avtomobildə aparılan axtarış zamanı kokain, heroin və marixuana tapılıb.

Nəqliyyat vasitəsinin sürücüsü Çağlar Yılmaz və eyni zamanda TRT-də sürücü kimi çalışan və narkotik maddələrin müsadirə edildiyi vaxt TRT Ankara Baş Müdirliyində vəzifə yerinə yetirən Mehmet Özdemir saxlanılıb. İki sürücü dindirilmək üçün Ankara Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinə aparılıb. Dindirmələr başa çatdıqdan sonra onlar həbs olunaraq həbsxanaya göndəriliblər.

Stopnarkotik.az