Dələduzluğa görə axtarışda olan 12 nəfər tutuldu - RƏSMİ AÇIQLAMA

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 12 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.