Masallı rayonunda qətl törədilib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, dünən səhər saatlarında Şıxlar kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb.
Məlum olub ki, o, gecə saatlarında yaşadığı evdə baltalanaraq qətlə yetirilib.
Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.
Cinayətdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.