Türkiyənin Hakkari şəhərində maşınında 44 kiloqram narkotiklə tutulan keçmiş AKP Kayapınar rayon sədri Sərvət Can özünü müdafiə edərək, "Metin Gürgen narkotiki maşınıma yerləşdirib" deyə yaxasını kənara çəkməyə çalışıb.
Məhkəmə tikinti işçisi Metin Gürgenə bəraət verərkın, Sərvət Canl narkotik qaçaqmalçılığına görə 10 il həbs və 100.000 lirə cərimə cəzasına məhkum etdi. "Nefes" qəzetindən Özgür Cebenin verdiyi məlumata görə, əvvəllər Diyarbəkirin Kayapınar rayonunda AKP rayon sədri vəzifəsində çalışmış və Hakkaridə avtomobilində 44 kiloqram marixuana ilə tutulan Can və tikinti işçisi Gürgenin məhkəməsində Can bildirib ki, "Partiyanın rayon sədri olduğum üçün mənin mühafizəm qərarı verilmişdi. Buna görə də avtomobilimin iki nömrə nişanı mənə verildi. Bir biznesmen mənə Diyarbəkirə 30 qutu siqaret aparmağımı və oradan məndən alacaqlarını dedi. Onun xahişi ilə 4 çamadanla yola düşdüm. Üzərimdə tapılan dollarlar İrana getməyi planlaşdırdığım üçün idi".
Yüksekovada təqsirləndirilən Gürgenlə görüşdüyünü və onunla birlikdə yemək yediyini bildirən Can deyib: "Narkotiki maşınıma qoyan Metin idi. O, bunu öz peşəsinə çevirib. O, məndən də istifadə edib".
Həbsdə olmayan Metin Gürgen, "Sərvət Can AKP-nin keçmiş rayon sədridir. Malın sahiblərindən pulu ala bilmədiyinə görə, mənə böhtan atır".
Məhkəmə qeyd edib ki, təqsirləndirilən Servet Canın avtomobilindən torbalarda 44 kiloqram narkotik götürülüb. Təqsirləndirilən şəxsin üzərində könüllü kənd gözətçisi şəxsiyyət vəsiqəsi tapıldığı bildirilib. Məhkəmə, Servet Canın narkotikləri kommersiya məqsədləri üçün daşıdığını və ziddiyyətli ifadələrinin cəzadan yayınmaq məqsədi daşıdığını qeyd edərək, təqsirləndirilən şəxsi narkotik qaçaqmalçılığına görə 12 il həbs və 100.000 lirə cərimə cəzasına məhkum edib. Məhkəmə yaxşı davranışa görə cəzasını 10 ilə endirib və həbs müddətinin davam etdirilməsinə qərar verib. Təqsirləndirilən Metin Gürgen isə bəraət alıb.
Mələk
Stopnarkotik.az