Skuterdə narkotik satan kuryer ələ keçdi

Türkiyənin Qaziosmanpaşa şəhərində elektrikli skuter vasitəsilə narkotik satışı baş verib.

İstanbulun Beşiktaş rayonunda saxlanılan motosikletdən 146 qram marixuana müsadirə edilib. İstintaqı dərinləşdirən qruplar Qaziosmanpaşadakı bir ünvanda əməliyyat keçirib.

Elektrikli skuterin gizli bölməsində 355 qram marixuana, narkotik satışını ətraflı izah edən sifariş kitabçası və 59.550 Türk Lirəsi tapılıb. Kitabçaya sifariş yazaraq narkotik ticarəti etdiyi müəyyən edilən 5 şübhəli həbs edilib. 

Stopnarkotik.az