Tramp və Putin bir neçə ay sonra görüşə bilər

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş yaxın bir neçə ay ərzində baş tuta bilər.

Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Mən ABŞ prezidentinin nümayəndəsiyəm və Donald Tramp prezidentliyinin birinci dövründə Vladimir Putinlə gözəl münasibətdə idi. Ona görə də düşünürəm ki, Vladimir Putin indi prezidentin Rusiyaya gəlməsinin çətin olacağını başa düşdü. Onların yaxın bir neçə ayda görüşəcəyinə inanıram", - Uitkoff bildirib.