Tramp Maskın hədiyyə etdiyi "Tesla"dan imtina etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp bir müddət öncə İlon Mask tərəfindən hədiyyə edilən qırmızı "Tesla" avtomobilindən imtina etməyi planlaşdırır.

Bu barədə "CNN" Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Kanalın digər mənbəsi bildirib ki, elektriklə işləyən bu nəqliyyat vasitəsi ya satıla, ya da hədiyyə edilə bilər.

"CNN"in əldə etdiyi məlumata görə, Prezidentə məxsus "Tesla" iyunun 6-sı səhər saatlarında hələ də Ağ Evin dayanacağında olub.