ABŞ-nin keçmiş prezidenti Donald Tramp Amerika lideri Co Baydenin Konqres qarşısında çıxışını ölkə üçün rüsvayçılıq adlandırıb.
O bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Bu, ölkəmiz üçün rüsvayçılıq idi”, - deyə Tramp qeyd edib.
Tramp, həmçinin Baydenin çıxışını lağa qoyaraq xüsusi effektlərdən istifadə edilmiş videosunu paylaşıb.