Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinin əleyhinə çıxanlar parlamentin binasına yürüş ediblər.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, onlar qanun layihəsinin səsvermədən çıxarılmasını tələb edərək binanı əhatə etməyi planlaşdırırlar.
Müxalifət partiyaları təxribatlara yol verməmək üçün hakimiyyəti parlamentin müvafiq komitəsini sabahkı dinləmələri təxirə salmağa çağırıb.