Türkiyə ordusu terrorçulara aid xeyli sayda silah-sursat ələ keçirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat yayılıb.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri “Pənç-Kilit” əməliyyatı çərçivəsində terrorçuların istifadə etdiyi mağara və sığınacaqlara girməyə davam edir: “Əməliyyat nəticəsində terrorçulara aid 6 ədad əl bombası, 1 ədəd RPG-7 raketi, 3 ədəd RPG-7 antitank sursatı, 1 ədəd top sursatı, 6 daraq və müxtəlif məqsədlər üçün istifadə oluna biləcək kameralar ələ keçirilib”.