Telman İsmayılov 5 milyon dollara sığınacaq alıb? - ÖZÜ DANIŞDI

“Çernoqoriyada siyasi sığınacaq almaq üçün heç kimə pul verməmişəm”.

Bu barədə azərbaycanlı milyonçu Telman İsmayılov açıqlamasında bildirib. 

Bir qədər öncə Çernoqoriyanın gələcəyi uğrunda hərəkatı biznesmeni 5 milyon dollar müqabilində bu ölkədə siyasi sığınacaq almaqda ittiham etmişdi.

İsmayılov bildirib ki, sivil ölkələrdə belə böhtanlara görə məhkəməyə verirlər. Amma o hələ ki, buna tələsmir. 

Onun dediyinə görə, 2000-ci ilin oktyabrında yerli hökumət qanuni qaydada ona siyasi sığınacaq verib./lent.az