Tacikistan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edir.
Bu barədə qurumun saytında məlumat verilir.
“Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına ciddi zərurət olmadıqca bütün nəqliyyat növləri ilə Rusiya ərazisinə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl Tacikistan xarici işlər nazirinin müavini Sodik İmomi Rusiyanın respublikadakı səfiri Semyon Qriqoryevlə son bir neçə həftə ərzində Tacikistan vətəndaşlarının Rusiya dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinlikləri müzakirə edib. Tacikistan tərəfi həmçinin ölkə vətəndaşlarının Rusiyaya buraxılmaması ilə bağlı əsassız hallara görə narahatlığını ifadə edib.
Mənbə: TASS