SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakının bu ərazisində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Stopnarkotik.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Qurumdan qeyd edilib ki, sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.