Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı PKK/YPG terror təşkilatalarına aid hədəfləri vurub.
Əməliyyat zamanı 23 hədəf vurulub.
Terrorçulara aid 5 infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 hərbi məntəqə, 2 sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı və tunel qazma işlərində istifadə edilən 1 avtomobil məhv edilib.
Təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, əməliyyatların planlaşdırılan hədəfə çatana qədər davam edəcəyi bildirilib.