Spirtli içki ilə narkotik həbləri birgə qəbul edən kişi arvadı ilə oğlunu bıçaqladı

Moskva sakini arvadının qınamasından sonra onu və oğlunu bıçaqlayıb. Səbəb qadının ərini spirtli içkiləri narkotik həblərlə qarışdırıb qəbul etməkdə günahlandırması olub.
Baza Teleqram kanalının məlumatına görə, 43 yaşlı Yuri Ş. dünən gecə "Lineiny Proyezd" küçəsindəki mənzilində spirtli içki və narkotik həblərdən həddindən artıq istifadə edib. 39 yaşlı həyat yoldaşı Mariya ərini danlayıb. Narkotiklərdən hirslənən kişi bıçaq götürüb arvadına, sonra isə 13 yaşlı oğluna hücum edib. Kişi qadına ən azı dörd, uşağa isə ən azı səkkiz bıçaq yarası vurub. Faciənin qarşısı möcüzəvi şəkildə alınıb — ana və oğul mənzildən qaçaraq qonşu mənzilə sığınıblar. Tibb işçiləri və polis tezliklə hadisə yerinə gəliblər. Yuri tez  saxlanılıb və hazırda Moskva İstintaq Komitəsinin müstəntiqləri onunla işləyirlər. Qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Mariya və oğlu xəstəxanaya yerləşdiriliblər.

Stopnarkotik.az

**
**