Şəmkirdə iki avtomobil toqquşdu - ÖLƏN VƏ YARALANAN VAR + AUDİO

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, rayonunun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ"-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.