Şimali Koreyadan qərar: Sərhədi keçən ABŞ əsgəri təhvil verildi

Cənubi Koreyadan Şimali Koreyaya icazəsiz keçən ABŞ əsgəri Travis King Çinə deportasiya edilərək ABŞ rəsmilərinə təhvil verilib.

Stopnarkotik.az xəbər verir ki, Cənubi Koreyadan sərhədi keçən Amerika əsgəri Travis King Şimali Koreya tərəfindən Çinə deportasiya edilib .

ABŞ mətbuatında yer alan açıqlamada Kinqin Çində ABŞ rəsmilərinə təhvil verildiyi bildirilib. Cənubi Koreyada ABŞ kontingentində xidmət edən 23 yaşlı Trevis Kinq iyulun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində olan iki ölkə arasında hərbisizləşdirilmiş birgə təhlükəsizlik zonasını əhatə edən tur zamanı Şimali Koreyaya qaçıb.

Şimali Koreya əvvəlcə heç bir məlumatı olmadığını iddia etsə də, avqustun 3-də verdiyi açıqlamada Kinqin saxlanıldığını təsdiqləyib. Digər tərəfdən, Kinqin Şimali Koreyaya köçməzdən əvvəl Cənubi Koreyada hakim qarşısına çıxdığı ortaya çıxıb.