Amerika KİV-lərində kokain satan iri narkoşəbəkə, kolumbiyalı üsyançı təşkilat ELN və Suriyadan Yaxın Şərqə narkotik satış sxemini idarə edən Livanlı narkobaron haqda xəbərlər tirajlanır.
Stopnarkotik.az xəbər verir ki, haqqında söhbət gedən kokain sxemi mərkəzində duran şəxs Bəşər Əsədin yaxın çevrəsinə bağlıdır və artıq narkotik terroru ittihamı ilə üzləşib.
Prokurorların fikrincə, həmin bu livanlı narkotikin Yaxın Şərqdə paylanması prosesini yoluna qoyacağı vaxt Kolumbiyadakı ELN kokaini Suriyaya göndərməli idi. Bunun müqabilində isə o, Suriyadakı təmaslarından istifadə edərək ELN-ni silahla təmin etməli idi. Onun Kolumbiya və Meksikada işləyən əlaltılarına gəlincə, onlar da narkotikdən gələn çirkli pulların yuyulması və silahların çatdırılması üçün logistikanın təşkili tapşırılıb. Yəni Meksikalı və Kolumbiyalı narkokartellər Yaxın Şərqə-Suriyaya kokain göndərib əvəzində silah-sursat alırmışlar.
Əsədin devrilməsindən sonra qruplaşmanın dövlət silah anbarına girişi əlində saxladığı iddia edilir. Livanlı narkobaron isə ELN-nin silah mütəxəssisi ilə görüşmək və meyvə adı altında Latakiyaya çatdırılmalı olan kokain konteynerinin idxalı üzrə müqavilə imzalamaq üçün Keniyaya gedib.
Deyilir ki, şəbəkənin ortaqları Sinaloa karteli və ELN adından milyonlarla dollarlıq əməliyyatlar həyata keçirərək bütün pulları kriptovalyutadan nağd pula çevirib. Bu vəsait Qana və Mərakeşdə əməliyyatda iştirak edən pilotların ödənişinə sərf edilib.
Hələlik Suriya anbarlarından nə qədər silah satıldığı, nə qədər kokainin alındığı məlum deyil. Kolumbiya və Meksikadan olan partnyorların həbsdə olub-olmaması da məlum deyil, çünki media onların həbsinə dair orderlərin hələ icra olunmadığını qeyd edir.
Stopnarkotik.az