SEPAH-ın yüksək rütbəli zabitinə qarşı sui-qəsd... - HAZIRDA ÖLÜM AYAĞINDADIR

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli kəşfiyyat zabiti Məhəmməd Akikinin həyatına qəsd edilib.

Bu barədə “la Repubblica” məlumat yayıb.

Qeyd olunur ki, zabit sui-qəsd zamanı aldığı ağır xəsarətlərdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu ağır qiymətləndirilir.

Hələlik başqa təfərrüatlar verilmir.