Səbail rayonu ərazisində bir nəfəri aldadaraq hesabına 6000 manat ödətdirən şəxslə bağlı polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı M.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində də dələduzluq yolu ilə paytaxt sakininin maddi vəsaitini ələ keçirən 31 yaşlı İ.Alışov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Səbail rayonunda dələduzluq edən şəxsləri polis saxladı
