Salyanda Kür çayının sahilində tüfənglər tapıldı

Salyan rayonunda silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də Təhqiqat Bölməsində araşdırmalar aparılır.