Gürcüstanın 3-cü Prezidenti MixAil Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlər müvafiq tövsiyə verdiyi zaman həbsxanaya köçürüləcək.
Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib.
“Məhkum Saakaşvili ilə bağlı mən dəfələrlə demişəm ki, biz qanun qarşısında tamamilə doğruyuq. Bu, həm Gürcüstandakı məhkəmələr, həm də Strasburq məhkəməsi tərəfindən təsdiqlənib. Aydın oldu ki, dövlət həmin şəxsin sağlamlıq hüquqlarının tam qorunması üçün hər şeyi edir. Bildiyiniz kimi, onun səhhəti yaxşılaşıb, biz buna görə sevinirik və o, həkimlər müvafiq tövsiyəni verəndə o, penitensiar müəssisəyə köçürüləcək”, - nazir bildirib./apa