Rusiyanın yeni qorxulu kabusu - Süni intellektli “SAKER SCOUT” dronları...

Ukrayna ordusu süni intellektlə çalışan “SAKER SCOUT” pilotsuz uçan aparatından istifadə edəcək.

Bu barədə Ukrayna Müdafiə nazirliyi məlumat yayıb.

“Süni intellekt alqoritmləri üzərində qurulan SAKER proqramı qoşunlarımıza düşmənə daha effektiv zərbələr endirməyə kömək edəcək”,-deyə məlumatda bildirilir.
Qabaqcıl optikadan istifadə edən sistem düşmən texnikasının (hətta kamuflyaj edilmiş) koordinatlarını müstəqil olaraq tanıyır, müvafiq qərar qəbul etmək üçün məlumatı dərhal komanda məntəqəsinə ötürür. Bu, həm də “insan səhvi” riskini aradan qaldırır, çünki operatorun gözü həmişə bütün nüansları tuta bilmir.

Kompleksə qabaqcıl kəşfiyyat pilotsuz uçan aparatı, həmçinin bir neçə FPV tipli kamikadze dron daxildir.
Cihazın uçuş məsafəsi 10 km-ə qədərdir.

Dron gecə əməliyyatı üçün infraqırmızı optika ilə təchiz olunur.
Bu dronlar həmçinin elektron müharibəyə qarşı müqaviməti artıran inersial rəhbərlik sistemindən də istifadə edir.

Yeni aparatlar, Ukrayna Silahlı Qüvvələrində mövcud olan bütün situasiya məlumatlandırma sistemlərinə, o cümlədən “Delta” sisteminə inteqrasiya olunub./musavat.com