Rusiyada yeni səfərbərlik elan ediləcəyinə dair məlumatlar yayılıb.
Stopnarkotik.az xəbər verir ki, sosial şəbəkələrdə Rusiya müdafiə naziri Sergey Şoyqunun imzası ilə ölkədə yeni səfərbərlik elan olunacağı və daha 300 min nəfərin orduya çağırılacağı bildirilib.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov RTVI-ya bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat feykdir.
Onun sözlərinə görə, Şoyqunun 2024-cü ilin iyununda səfərbərlik üzrə hərbi xidmətə çağırılması haqqında internetdə yayılan əmri saxtadır, səfərbərlik planlaşdırılmır.
“Bu tam cəfəngiyatdır! Heç bir səfərbərlik planlaşdırılmır” deyən Kartapolov sənədi feyk və “istifadəçilərin hiyləsi” adlandırıb.