Rusiyada səfərbərlik işləri üzrə şəhər idarəsinin rəis müavini güllələndi

Rusiyanın Krasnodar vilayətində səfərbərlik işləri üzrə şəhər idarəsinin rəis müavini Rjitski güllələnib.

Stopnarkotik.az xəbər verir ki, Krasnodarda şəhərin səfərbərlik işləri üzrə rəis müavini Stanislav Rjitskinin qətli barədə məlumat yayıb. Telekanalın məlumatına görə, kişi səhər saatlarında idman kompleksinin yaxınlığında güllələnib, qatilin şəxsiyyəti hələ müəyyən edilməyib. 

Krasnodar sualtı qayığının komandiri olan Rjitski səhər tezdən qaçmağa çıxıb. Telekanalın məlumatına görə, hücum edən şəxs onu “Olimp” idman kompleksinin yaxınlığında gözləyirmiş, qatil sinəsinə və kürəyinə 4 dəfə atəş açıb, Rjitski yerindəcə ölüb.

Qurban 2-ci dərəcəli kapitan və ukraynalı jurnalistlərin “Kalibr”i Ukrayna ərazisinə buraxmaqda ittiham etdiyi “Krasnodar” sualtı qayığının komandiri olub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib./unikal.az