Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda seçki məntəqəsinə "Molotov kokteyli" atılıb.
Stopnarkotik.az apa-ya istinadən verir ki, bu barədə "Fontanka" məlumat yayıb.
Moskvada isə qadın səsvermə kabinəsini yandırıb.
Rusiya paytaxtında başqa bir seçki məntəqəsində isə seçici seçki qutusuna "zelyonka” töküb. Hadisəni törədən qadın polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulaev seçki qutuları ilə bağlı beş insidentin baş verdiyini açıqlayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri keçirilir. Dövlət başçısı vəzifəsinə səkkizinci dəfə keçirilən seçkilər martın 17-dək üç gün ərzində davam edəcək.