Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi - VİDEO

Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə torpağa tapşırılacaq.

 

*** 20:29

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.