Rusiyada 2 milyardlıq narkotik ələ keçdi – BİRGƏ ƏMƏLİYYAT / FOTOLAR

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Federal Gömrük Xidməti ilə birlikdə Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən üç Litva vətəndaşını saxlayıb.

Stopnarkotik.az bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Leninqrad vilayətində qaçaqmalçılardan 2 milyard rubl dəyərində narkotik partiyası müsadirə edilib. Federal Gömrük Xidməti xəbər verir ki, xüsusi xidmət orqanlarının əməkdaşları yük avtomobilini saxlayıb, onun içərisində 812 kiloqram həşiş olan 265 çanta aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

Stopnarkotik.az