Rusiya təhlükəsizlik zonası yaradır.
APA-nın Moskva müxbiri xəbər verir k, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Xarkov istiqamətində irəliləməsi haqqında danışarkən bildirib. Onun sözlərinə görə, Xarkov istiqamətində hadisələr Qərbin hərəkətləri ilə təhrik edilib.
Putin vurğulayıb ki, uzaqmənzilli silahlardan istifadə ediləcəyi təqdirdə Rusiya Silahlı Qüvvələri yenidən sanitar zona ilə bağlı qərar qəbul etməli olacaq.
Rusiya lideri NATO baş katibi Yens Stoltenberqin Rusiya ərazisinə yüksək dəqiqlikli raketlərlə zərbə endirilməsi bəyanatına da münasibət bildirib:
"Stoltenberq Rusiya ərazisində yüksək dəqiqlikli silahların tətbiqindən danışarkən bilməyə bilməz ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. NATO ölkələrinin nümayəndələri nə ilə oynadıqları barədə özlərinə hesab verməlidirlər. Ukraynada muzdlular var, biz bunu yaxşı bilirik. Yüksək dəqiqlikli silahlara kim xidmət edir? Təlimatçılar muzdlular şəklindədirlər və onlar itkilər verirlər", deyə Putin NATO ölkələrinin Rusiya Federasiyası ərazisini vurmaq çağırışları haqqında suala cavab verərkən bildirib.
Rusiya prezidenti əlavə edib ki, polyaklarla bərabər Avropa ölkələrinin kontingenti Ukrayna ərazisinə girsə, başqaları gedəcək, polyaklar isə heç vaxt getməyəcək:
"Ukrayna ərazisində kimin olmasından asılı olmayaraq, biz yenə də lazım bildiyimizi edəcəyik. Hazırda Ukrayna döyüş meydanında vəziyyəti döndərə bilmir və buna nə qədər çox cəhd etsə, bir o qədər çox itki verəcək".