Rusiya vətəndaşı Bakıda hoteldə öldü

Bakıda hoteldən meyit tapılıb.

Hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib.

Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.