Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutacaq

Yaxın vaxtlarda Rusiya tərəfi ilə əsir mübadiləsi aparıla bilər.

Strana.ua xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanov deyib.

“Əminəm ki, yaxın gələcəkdə mübadilə baş tutacaq”, - əsir hərbçilərin mübadiləsi ilə bağlı danışıqlara cavabdeh olan Budanov qeyd edib.

Sonuncu mübadilə yanvarın 24-nə planlaşdırılırdı, lakin Rusiyanın məlumatına görə, əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin 65 əsgərinin olduğu İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması səbəbindən plan pozulub.