Rusiya Ukraynaya nota göndərdi

Rusiya tərəfi Ukraynaya antiterror tələbi ilə nota göndərib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya diplomatları qurulmuş rabitə kanalından istifadə edərək Belarus vasitəsilə Kiyevə nota göndəriblər.

Moskvanın müraciətində Rusiya Federasiyası ərazisində terror aktlarında iştirak edən bütün şəxslərin dərhal həbs edilməsi və ekstradisiya edilməsi tələbi yer alıb.