Rusiya-Ukrayna müharibəsində azərbaycanlı snayper həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, Camalov Zaur Mühiddin oğlu Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.

Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.

Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir. 

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.

Ukraynada azərbaycanlı snayper həlak oldu - FOTO