Rusiya ordusu Kiyevin Rusiyanın neft-qaz sənayesi və energetika obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olaraq martın 31-dən aprelin 5-dək yüksək dəqiqlikli silahlarla 39 zərbə endirib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr Ukraynanın energetika sənayesi obyektlərinə, hərbi-sənaye kompleksi müəssisələrinə, arsenallara və yanacaq anbarlarına endirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, həftə ərzində Ukrayna qoşunlarının ümumi itkiləri 5075 nəfər təşkil edib.
Bir həftə ərzində Ukraynanın üç Su-25 hücum təyyarəsi, iki Su-27 qırıcısı, bir MiQ-29 və beş S-300 buraxılış qurğusu məhv edilib.
Qeyd olunub ki, qarşıya qoyulan məqsədlərə nail olunub, bütün hədəflər vurulub.