Rusiya Dövlət Duması Krımla bağlı qərar qəbul etdi - 1954-cü İLDƏ VERİLƏN QƏRAR ETİBARSIZ HESAB OLUNDU

Rusiya Dövlət Dumasına 1954-cü ildə Krımın RSFSR-dən Ukrayna SSR-ə verilməsi haqqında qərarın etibarsız hesab edilməsi haqqında qanun layihəsi təqdim edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, müvafiq qanun layihəsi Dumanın elektron məlumat bazasında yerləşdirilib.

Qeyd edək ki, Sovet İttifaqı Ali Soveti Rəyasət Heyətinin Krım vilayətinin RSFSR-dən Ukrayna SSR-ə verilməsi haqqında aktı 26 aprel 1954-cü ildə təsdiq edib.

Dumanın MDB komitəsinin sədr müavini, ermənipərəst Konstantin Zatulin həmin aktın qanunsuz hesab edilməsi təklifi ilə çıxış edib.