"Nəqliyyat dəhlizlərinin yaradılması məsələsində Rusiyanın strateji vəzifəsi Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına çıxmaqdır".
Bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin bildirib.
“Biz Xəzər dənizi vasitəsilə, Azərbaycan, İran vasitəsilə, Süveyş kanalından və Bosfor boğazından yan keçməklə Hind okeanına çatmaq istəyirik. Bu o deməkdir ki, bu, bizim strateji nəqliyyat vəzifəmizdir. Və təbii ki, biz bu məqsədlə həm avtomobil yolları, həm də dəmir yolları çəkirik”.